Tom Hardi (Tom Hardy), “Venom 2”də ilk filmdə canlandırdığı Eddie Brock xarakterinə həyat verməyə davam edəcək. Filmin 2020-ci ildə premyerasının olması gözlənilir. 2018-ci ildə premyerası olan “Venom” filmində Eddie Brock rolu ilə uğurlu bir performans göstərən Tom Hardinin (Tom Hardy) çəkiləcək davam filmi “Venom 2”də də rol alacağı dəqiqləşdi. Fandango saytına müsahibə verən və eyni zamanda filmin prodüseri olan Amy Pascal: “Tom Hardi (Tom Hardy) “Venom 2”də yer alacaq və başqa heç kimin göstərə bilməyəcəyi peşəkarlıqla rolunu oynayacaq, “Venom”u fikirləşdiyimizdə xərçənglərlə dolu vannada oturanın
Tom Hardidən (Tom Hardy) başkası olamayacağını bilirsiniz və bu sizin bilməniz lazım olan tək şeydir.” sözlərini qeyd etdi.
“Venom” tənqidçilər tərəfindən bəyənilməmiş olsa da, kassada 855 milyon dollar gəlir əldə edərək prodüser şirkətinə böyük qazanc gətirmişdi. İkinci bir filmin çəkiləcəyinin siqnallarını isə, hələ ilk filmin son səhnəsinin sonunda, Eddie Brock San Quentin həbsxanasındakı başqa bir məhkum - silsilə qətllər törədən qatil Cletus Kasady (Woody Harrelson) ilə yenidən reportaj hazırlamaq üçün jurnalist kimliyinə büründüyündə verilmişdi. Kasady’nin Eddie Brock’a cavabı isə “Buradan çıxanda, ki çıxacam, büyük bir qətliam olacaq.” sözləri idi.
Filmin aktyor heyətinə Tom Hollan da daxil ola bilər. Kasady’nin bəhs etdiyi bu “qətliam”, Vudi Harrelsonun (Harrelson) davam filmində “Venom”un ən çox tanınan mənfi xarakterlərindən biri olan Carnage’i oynayacağına işarə edən bir ipucudur. Bu psixi problemləri olan, bir sembiyotla əlaqə qurduqdan sonraki işgəncə və qandan həzz alan, vicdansız silsilə qətllər törədən qatili, Harrelsonun davam filmində oynayıb oynamayacağı hələ dəqiq olmasa da, Hardi rəsmi olaraq “Venom 2”də yer alacaq. Pascal, Hardi ilə yanaşı başqa bir Marvel/Sony xarakterinin iştirak edəcəyinin ipuclarını da verdi. Tom Hollandın oynadığı Spider-Man xarakteri də ayrıca “Venom 2”nin aktyor heyətinə daxil ola bilər.
“Spider-Man” haqqında danışacaq bir çox hekayəmiz var. Eddie Brock və Spider-Man’in ortaqlığını hamının çox sevəcəyindən əminik. Tom Hollandın bir çox proyektdə yer alması ilə bağlı böyük planlarımız var.” deyən Pascal: “Tom Holland mənim çalışdığım hər proyektdə yer almalıdır!” deyərək Tom Hollandın “Venom”da yer almasının əhəmiyyətini bir daha vurğuladı. 2020-ci ildə premyerası olması gözlənilən “Venom 2”də istedadlı aktyorlar Hardi və Hollandı böyük ekranda birlikdə görmək, maraq oyandırır. Marvel və Sony, bu iki çox tanınan komiks xarakterini bir araya gətirəcək iki tamaşaçı kütləsini də birləşdirməyi hədəfləyir.