Lük Bessonun “Anna” Filmindən Yeni Treyler Yayımlandı!

21 Iyun, 2019

Peşəkar rejissor “Lük Besson”un (Luc Besson) aktyor heyətində Sasha Luss, Helen Mirren, Lük Evans (Luke Evans) və Killian Mörfi (Cillian Murphy) kimi adların yer aldığı, ölümcül bir sui-qəsdçinin həyəcan dolu hekayəsindən bəhs edən yeni filmi “Anna”nın 11 iyulda premyerası keçiriləcək.

“Beşinci elemenet” (The Fifth Element)“Lion" (Léon) kimi uğurlu filmləri film dünyasına qazandıran Lük Besson, bu ay yeni filmi “Anna” ilə geri qayıdır. Nikita, “Beşinci elemenet” (The Fifth Element)Lucy kimi, qadın qəhrəmanlar ətrafında formalaşan kəskin filmləri ilə tanınan Besson, “Anna”da yenidən mərkəzində bir qadın xarakterin yer aldığı, həyəcan dolu bir hekayəylə filmsevərlərin qarşısına çıxacaq.

Картинки по запросу Luc Besson's 'Anna' gets an action-packed trailer

Bessonun eyni zamanda ssenarisini də qələmə aldığı filmdə, bacarıqlı bir sui-qəsdçi olan Anna Poliatovanın hekayəsindən bəhs olunur. Hədəflərinə çatmaq üçün fərqli ölkələrdə fərqli xarakterlərə bürünən Annanın gözəlliyinin arxasında, bütün dünyanın qorxduğu, ölümcül bir agent gizlənir.

İngilis dilində çəkilən film, eyni zamanda aktyor heyətində yer alan önəmli simalarla da diqqət çəkir. Helen Mirren, Lük Evans (Luke Evans) və Killian Mörfi (Cillian Murphy) kimi peşəkar simaların aktyor heyətində yer aldığı filmin baş rolunu isə rejissorla Valérian and the City of a Thousand Planets’ta çalışmış olan Sasha Luss üstlənir.

Картинки по запросу Luc Besson's 'Anna' gets an action-packed trailer

Filmin sinopsisi isə belədir: Lucy“Beşinci elemenet” (The Fifth Element) kimi filmlərdə film tarixinin ən fərqli və unudulmaz kəskin janrdakı qadın xarakterlərini yaradan “Lük Besson” (Luc Besson), maraqla gözlənilən yeni filmi ilə qarşımıza çıxır. Anna Poliatova, bir sui-qəsdçidir amma, əslində normal bir sui-qəsdçi deyil. Onun cazibədarlığı və gözəlliyinin altında dünyanın ən qorxulan və istedadlı agentlərindən biri gizlənir. 24 yaşında olan Annanın kim olduğunu və bir neçə ölkədə fərqli həyata sahib olduğunu heç kim bilmir. Gənc qadın, Moskva bazarındakı adi bir satıcımı, Parisdə yaşayan bir modelmi, yoxsa bir polismi, yoxsa sadəcə məğlubedilməz bir şahmat oyuncusumudur? Onun gerçəkdə kim olduğunu bilmək üçün oyunun sonuna qədər gözləmək lazım gələcək.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər