Syüzen Kollinsin (Suzanne Collins) qələmə aldığı “Aclıq Oyunları” (The Hunger Games prequel) prikveli gələn il rəflərdəki yerini alacaq. Orijinal seriyanın paylaşdırıcısı olan Lionsgate, orijinal seriyanın 64 il bundan əvvəl keçən yeni romanın da haqlarını satın almaq istəyir.
İlk filmin 2012-ci ildə premyerası olmuşdu, ümumilikdə dörd filmdən ibarət “Aclıq Oyunları” (The Hunger Games) seriyasının Syüzen Kollins (Suzanne Collins) tərəfindən qələmə alınan prikvel romanından adaptasiya olunacaq filmin haqlarını, orijinal seriyasının paylaşdırıcısı olan Lionsgate satın almaq istəyir.
Scholastic Çap evi’nin açıqlamasına görə “Aclıq Oyunları” (The Hunger Games) seriyasının əvvəlindən bəhs edən yeni kitab, 19 may 2020-ci ildə kitabxanalarda yerini alacaq. Romanda orijinal “Aclıq Oyunları” (The Hunger Games) seriyasının baş verdiyi Panem’də 64 il əvvəl yaşanan hadisələrdən bəhs edilir.
Bildiyimiz kimi orijinal seriya hər il təşkil olunan “Aclıq Oyunları” (The Hunger Games) 74-cüsü ilə başlayırdı. Yenə Syüzen Kollinsin (Suzanne Collins) qələmə aldığı prikvel romanı isə 64 il əvvəldə, yəni 10-cu “Aclıq Oyunları”ndan (The Hunger Games) başlayacaq.
Lionsgate’in idarəçisi Joe Drake, mövzu ilə bağlı: “Aclıq Oyunları” (The Hunger Games) filmlərinin paylaşdırıcısı olaraq, Syüzen Kollinsin (Suzanne Collins) yeni kitabının yayımlanmasını səbirsizliklə gözləyirik. Yazılan müddət boyunca Syüzen Kollinslə (Suzanne Collins) ilə əlaqə saxlayırdıq və film ərəfəsində də birlikdə çalışmaq üçün olduqca həyəcanlıyıq” sözlərini ifadə etdi.
Lionsgate, Suzanne Collins’in üçləməsini, seriyanın son kitabı olan “Aclıq Oyunları: Məzəli zığ-zığ quşu"nu (The Hunger Games: Mockingjay) iki ayrı hissəyə ayıraraq ümumilikdə dörd filmə adaptasiya etmişdi. Filmlər dünya miqyasında üç milyard dollara yaxın gəlir əldə edib. Adaptasiya olunacaq yeni filmin prodüserinin yenidən Lionsgate olup olmayacağı, aktyor heyətində kimlərin yer alacağı və kassada əvvəlki filmlər qədər uğurlu olub olmayacağı məlum deyil.