Bredli Kuper “Kabuslar Parkı” Filmində Rol Ala Bilər!

18 Iyun, 2019

Gilyermo del Toronun (Guillermo del Toro) yeni filmi “Kabuslar Parkı”nda (Nightmare Alley) baş rolu üstlənməsi gözlənilən Leonardo DiKaprio (Leonardo DiCaprio) ilə razılaşma əldə edilməkdən sonra rol üçün Bredli Kuperlə (Bradley Cooper) görüşülməyə başlanıldı.

Xatırlayırsınızsa, bu il Kventin Tarantino (Quentin Tarantino) imzalı Once Upon a Time… in Hollywood ilə filmsevərlərin qarşısına çıxmağa hazırlanan Leonardo DiKaprio (Leonardo DiCaprio), The Shape of Water’la “Oskar” qazanan Gilyermo del Toronun (Guillermo del Toro) yeni filmi “Kabuslar Parkı”nın (Nightmare Alley) baş rolunu üstlənmək üçün görüşmələrə başlamışdı. Leonardo DiKaprio (Leonardo DiCaprio) – Gilyermo del Toro (Guillermo del Toro) iş birliyinin necə nəticə verəcəyi maraq oyandırırdı.

Картинки по запросу bradley cooper leonardo dicaprio

Bu dəyişikliyin ardından “Kabuslar Parkı”nda (Nightmare Alley) Leonardo DiKaprionun (Leonardo DiCaprio) rolu üçün çox önəmli bir aktyorun adı keçir. Bu aktyor isə "Mənim oğlanım dəlidir" (Silver Linings Playbook), The Hangover, Limitless kimi filmlərdə rol alan, ilk rejissorluq təcrübəsində "Ulduz doğuldu" (A Star Is Born) ilə “Oskar” namizədliyi qazanan Bredli Kuperdir (Bradley Cooper).

Variety’nin xəbərinə görə Bredli Kuper (Bradley Cooper), “Kabuslar Parkı”nın (Nightmare Alley) baş rolunda oynaya bilər. Prodüser şirkəti Fox Searchlight, Kuperin filmdə yer alması üçün təklif irəli sürdüyü qeyd edilir. Tərəflər arasındakı görüşmələrin hələ hansı vəziyyətdə olduğu, buna görə də Bredli Kuperin (Bradley Cooper) filmdə rol alma ehtimalının dəqiq olmadığını vurğulamaq lazımdır. Yəni film, başrol oyuncusu üçün axtardığı aktyoru hələ tapa bilməyib

Картинки по запросу Bradley Cooper del toro

Digər tərəfdən “Kabuslar Parkı” (Nightmare Alley), William Lindsay Gresham‘ın romanından filmə adaptasiya olunan 1947-ci il istehsalı eyniadlı filmin yeni versiyası olacaq. Gilyermo del Toronun (Guillermo del Toro) rejissoru olacağı film, 1947-ci il istehsalı filmdən çox, romanı əsas götürərək hekayəsini formalaşdıracaq. “Kabuslar Parkı” (Nightmare Alley), insanları aldatmaq üçün qadın psixiatr ilə birlikdə işləyən bir fırıldaqçının hekayəsini danışır. Razılaşma əldə edilərsə, Bredli Kuperin (Bradley Cooper) filmin mərkəzindəki fırıldaqçını canlandırması gözlənilir.

Gilyermo del Toronun (Guillermo del Toro) ssenarisini Kim Morgan ilə birlikdə yazdığı filmin çəkilişlərinə bu ilin payızında başlanması planlanır. Aktyor heyətinin yaxın vaxtda tamamlanmasını gözlədiyimiz film, Gilyermo del Toro (Guillermo del Toro) – Fox Searchligh ortaqlığının ilk proyekti deyil. Gilyermo del Toro (Guillermo del Toro), Fox Searchlight ilə imzaladığı razılaşmaya əsasən, Antlers, TerrifiedAndré Øvredal’ın rejissoru olduğu qorxu filmi Scary Stories to Tell in the Dark‘ın prodüserliyini də üstlənir.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər