“Parıltı”nın Adaptasiyası “Yuxu həkimi”ndən İlk Treyler Yayımlandı!

17 Iyun, 2019

Parıltı”nın (The Shining) davam romanından adaptasiya olunan, Yuven MakQreqor (Ewan McGregor) və Rebekka Fergüsonlu (Rebecca Ferguson) “Yuxu həkimi”ndən (Doctor Sleep) ilk treyler yayımlandı. Mike Flanagan’ın yazıb rejissoru olduğu filmin, 22 noyabrda premyerası gözlənilir.

Stenli Kubrikin (Stanley Kubrick) film dünyasına qazandırdığı unudulmaz filmlərdən olan “Parıltı”nın (The Shining) hekayəsini davam etdirəcək “Yuxu həkimi”ndən (Doctor Sleep) maraqla gözlənilən ilk treyler yayımlandı.

Stiven Kinqin (Stephen King) 2013-cü ildə yayımlanan eyniadlı romanından filmə adaptasiya olunan film, “Parıltı”da (The Shining) qarşımıza çıxan Danny Torrence’ın həyatını əsas götürəcək. Filmdə Danny Torrence’ı, uşaqlıq travmasını üstündən atmamış, 40 yaşlarında əsəbi və içki düşkünü bir xarakter olaraq izləyəcəyik.


Картинки по запросу Watch the First Trailer for ‘The Shining’ Sequel ‘Doctor Sleep’

Peşəkar aktyor Yuven MakQreqor (Ewan McGregor), filmdə Danny Torrence’in gənc halını canlandırır. Yuven MakQreqorla bərabər filmin aktyor heyətində Rebekka Fergüson (Rebecca Ferguson), Kyliegh Curran, Brüs Qrinvud (Bruce Greenwood), Zahn McClarnon, Jacob TremblayEmily Alyn Lind kimi adlar yer alır.

“Parıltı”nın (The Shining) hekayəsini davam etdirəcək olması ilə maraq oyandıran film, Mike Flanagan imzası daşıyır. Oculus, HushGerald’s Game kimi qorxu filmləriylə adını eşitdiyimiz Flanagan, keçən il Netflixdə izləyiciyə təqdim edilən The Haunting of Hill House’da təsirli bir işə imza ataraq diqqətləri üzərinə çəkməyi bacardı.




Mike Flanagan, “Yuxu həkimi”nin (Doctor Sleep) “karyeramın ən önəmli və bənzərsiz işlərindən biri” olduğunu vurğulayır. Daha əvvəl Stanley Kubrick’in kölgəsində qalacağını düşündüğünü qeyd edən rejissor, Danny Torrance’ın dastan kimi hekayəsindən çox təsirləndiyi üçün bu filmi çəkdiyini dilə gətirir. Filmin 22 noyabrda premyerası gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər