Kventin Tarantino (Quentin Tarantino) imzalı Canqo/Zorro komiksi filmə adaptasiya olunur. Tarantinonun, "Azad olmuş Canqo"nun (Django Unchained) hekayəsini davam etdirəcək filmin ssenarisini qələmə alması üçün Jerrod Carmichael ilə razılaşdığı deyilir.
Kventin Tarantinonun yeddinci filmi olan "Azad olmuş Canqo" (Django Unchained), 2012-ci ildə premyerası olmuş və filmsevərlər tərəfindən maraqla qarşılanmışdı. Tarantinonun çox sevdiyi “Spaghetti Western” növünə yaxın olan film, Ən Yaxşı Film “Oskarı”na namizəd göstərilərkən, Tarantinoya da ikinci Ən Yaxşı Orijinal Ssenari “Oskarı”nı qazandırdı.
"Azad olmuş Canqo" (Django Unchained), böyük ekranda gördüyü diqqətdən sonra yoluna komiks dünyasında davam etdi. Filmdən adaptasiya olunan eyniadlı komiks, 2013-cü ildə DC Comics tərəfindən yayımlanarkən, Dynamite Entertainment da 2015-ci ildə Canqo’nun hekayəsini davam etdirən "Canqo/Zorro"yu yayımladı. KventinTarantinonun da yazarları arasında yer aldığı bu komiks, adından da bilindiyi kimi Canqo’yu komiks dünyasının ən sevilən qəhrəmanlarından Zorroyla bir araya gətirdi.
Yayımlandığı ilk günden bəri böyük ekrana adaptasiyası gündəmdə olan Canqo/Zorro üçün nəhayət bəzi addımlar atılmağa başlandı. Collider’ın xəbərinə görə komiksdən adaptasiya olunacaq film üçün hazırlıqlara başlanarkən, filmin ssenarisini qələmə alması stand-up komediyaçı və ssenarist Jerrod Carmichael ilə razılaşıldı. Bu aralar Once Upon a Time… in Hollywood ilə adını tez-tez eşitdiyimiz Tarantino da proyektdə yer alır. Ancaq istedadlı rejissorun filmdə tam olaraq necə bir rol üstləndiyi hələlik məlum deyil.
Digər yandan Tarantinonun rejissor kürsüsünə oturub oturmayacağı da hələlik naməlum olaraq qalır. Ancaq rejissorun 10-cu filmindən sonra təqaüdə ayrılma qərarını nəzərə alanda, Tarantinonun son filmi olarak Canqo/Zorro’nun rejissoru olması inandırıcı gəlmir. Buna görə istedadlı rejissor bu filmdə ssenarist və prodüser olaraq yer alıb, rejissoruluğu özünün seçəcəyi birinə verməsi ehtimalı daha yüksədir. İşin içində Zorro da olduğu üçün bu məqamda ağıla gələn ilk ad əlbətdəki ki Robert Rodriges (Robert Rodriguez) olur. Bildiyimiz kimi daha əvvəl "Qürubdan Sübhədək" (From Dusk Till Dawn), Four Rooms və Grindhouse’da Tarantino ilə birlikdə çalışan Rodriges, eyni zamanda rejissorun yaxın dostları arasında yer alır.
Canqo/Zorro, Django Unchained’ın illər sonrasında keçir və filmdə Jamie Foxx tərəfindən canlandırılan Django’nun hekayəsini danışmağa davam edir. Bir kəllə ovçusu olaraq həyatına davam edən Django’nun yolu, ən az onun qədər bacarıqlı bir silahdaş olan Diego de la Vega-yla da daha çox bilinən adıyla Zorro-ilə kəsişir. Bu bənzərsiz xarakterdən təsirlənən Django, qısa müddətdə Diego’nun mühafizəçisi olur, ikili yerli xalqı köləlikdən qurtarmaq üçün çətin bir mübarizəyə atılır.
Jerrod Carmichael’ın proyektə daxil olmasıyla birlikdə hazırlıq müddətinin sürət qazanması gözlənilir. Hələ filmi hansı studiyanın hazırladığı bilinmir, ama Sony Pictures olduğu təxmin edilir. Dünya premyerasını qısa müddət əvvəl 72-ci Kann Film Festivalında edən Once Upon a Time… in Hollywood’un prodüseri olan Sony Pictures, böyük ekrana adaptasiyası gündəmə gəldiyi ilk gündən bəri Django/Unchained ilə maraqlanır. 2014-cü ildə Sony idarəçiləri e-adresləri internetə sızdırıldığında, Tarantino ilə o dönəmki Sony idarəçisi Amy Pascal’ın ehtimal olunan Django/Zorro filmi haqqında danışdığı ortaya çıxmış, ancaq bu proyekt üçün dəqiq addımlar atılmamışdı.