Son olaraq "Loqan"a (Logan) imza atan Ceyms Menqoldun (James Mangold) rejissorluq etdiyi, Kristian Beyl (Christian Bale) və Mett Deymonun (Matt Damon) baş rollarını üstləndiyi "Ford Ferrariyə Qarşı"dan (Ford v. Ferrari) ilk treyler yayımlandı.
1960-cı illərdə Ford və Ferrari arasında yaşanan rəqabəti və bu rəqabəti daha da alovlandıran səbəbkarların hekayəsini böyük ekrana gətirəcək "Ford Ferrariyə Qarşı" (Ford v. Ferrari), bu il filmsevərlərin ixtiyarına veriləcək. Avtomobil yarışları tarixində bir dönüş nöqtəsi olaraq qəbul edilən 1966 Le Mans 24 Saat Yarışı’nın arxa planında yaşananları mövzu götürən film, həm kamera arxasında, həm də kamera qarşısında peşəkar komandanı bir araya gətirməsiylə ilin ən diqqətçəkici proyektləri arasında yer alır.
Filmin rejissor kürsüsündə Identity, Walk the Line və 3:10 to Yuma kimi sevilən filmlərə imza atan, son olaraq "Loqan"ın (Logan) rejissoru olaraq haqqında çox danışılan Ceyms Menqold oturur. Filmin baş rollarında isə “Oskar” mükafatlı aktyorlar Kristian Beyl (Christian Bale) və Mett Deymon yer alır.
Filmdə Mett Deymon, avtomobil istehsalında inqilab edən Ford mühəndisi Carroll Shelby’i, Kristian Beyl (Christian Bale) isə qorxusuz bir yarışçı olan Ken Miles’i canlandırır. Birlikdə, o dövrdə yenilməz kimi görünən Ferrari’yə rəqib ola biləcək bir avtomobil yaradan Shelby və Miles, Enzo Ferrari’nin yarış maşınlarını məğlub etmək üçün, Ford’dan gələn təzyiqlərlə, fizika qanunları ilə və şəxsi həyatlarındakı problemlərlə başa çıxmaq məcburiyyətindədirlər.
Filmin aktyor heyətində Kristian Beyl və Mett Deymonla yanaşı Katrina Balf (Caitriona Balfe), Con Berntal (Jon Bernthal), Coş Lukas (Josh Lucas), Noah Jupe və Treysi Letts (Tracy Letts) kimi aktyorlar iştirak edir.