Peşəkar aktyor Harrison Ford, uzun müddətdir gündəmdə olan “İndiana Cons 5”in (Indiana Jones 5) detallarının tamamlanmağa başladığını və çəkilişlərə gələn həftə başlayacaklarını açıqladı.
Film tarixinin ən sevilən seriyaları arasında yer alan İndiana Cons, uzun bir fasilədən sonra böyük ekrana geri qayıdır. Son olaraq 2008-ci il istehsalı Indiana Jones and the Kingdom of the Crystal Skull ilə filmsevərlərin qarşısına çıxan seriyanın 5-ci filmi üçün hazırlıqlar davam edir. Üstəlik Harrison Fordun verdiyi son açıqlamalara baxsaq, hazırlıq müddəti gözlədiyimizdən daha sürətli irəliləyir.
Xatırlayacağımız kimi “İndiana Cons 5”in (Indiana Jones 5) çəkilişlərinə bu ilin ilk aylarında başlanması, filmin də 2020-ci ildə premyerasının olması gözlənilirdi. Ancaq Spilberqin (Spielberg) West Side Story filminin yeni versiyasının çəkilməsi, həm çəkiliş tarixinin, həm də premyera tarixinin təxirə salınmasına səbəb olmuşdu. Bu ertələmə qərarından sonra, yeni İndiana Cons filminin çəkilişlərinə bir müddət sonra başlanması gözlənilirdi. Ancaq göründüyü kimi Spilberq (Spielberg), West Side Story’ni bitirən kimi yeni İndiana Cons filminə keçəcək.
İndiana Cons rolu ilə bütünləşən peşəkar aktyor Harrison Ford, Variety’ə verdiyi reportajda “İndiana Cons 5”in (Indiana Jones 5) hazırlıqlarının tamamlandığını və filmin çəkilişlərinə gələn həftə başlanacağını açıqladı.
"İndiana Cons 5” (Indiana Jones 5) filminin 9 iyul 2021-ci ildə premyerasının olması planlaşdırılır.