Nikol Kidmanın “The Goldfinch” Filmindən İlk Treyler Yayımlandı!

01 Iyun, 2019

Brooklyn ilə rəğbət toplayan John Crowley’nin rejissorluğunu etdiyi, Nikol Kidman (Nicole Kidman) və Ensel Elqortun (Ansel Elgort) baş rollarını üstləndiyi “The Goldfinch”dən ilk treyler yayımlandı.

2015-ci ildə Brooklyn ilə həmin ilin ən çox danışılan filmlərindən birinə imza atan John Crowley, dört illik aranın ardından böyük ekrana geri qayıdır. Crowley’nin maraqla gözlənilən yeni filmi “The Goldfinch”, bu il filmsevərlərin ixtiyarına veriləcək. Donna Tartt’ın yazdığı Pulitzer mükafatlı eyniadlı romandan adaptasiya olunan film üçün tanıtım işlərinə başlayan Warner Bros., qısa müddət əvvəl filmdən ilk kadrları paylaşdıqtan sonra indi də filmdən ilk treyler yayımladı.

 Фото: kinopoisk.ru

FrankTinker Tailor Soldier Spy filmlərinin ssenaristi Peter Straughan, filmin ssenarisini qələmə alarkən; filmin aktyor heyətində Nikol Kidman (Nicole Kidman), Ensel Elqort (Ansel Elgort), Sara Polson (Sarah Paulson), Finn Vulfhard (Finn Wolfhard), Ceffri Rayt (Jeffrey Wright), Lük Uilson (Luke Wilson) kimi adamlar yer alır.



"The Goldfinch", anası ilə birlikdə bir incəsənət muzeyini ziyarət edərkən baş verən bombalı terror hadisəsindən sağ qurtulan, ancaq bu hadisə nəticəsində anasını itirən Theodore Decker’in yaşayışını mövzu götürür. Yaşadığı itkinin ardından, varlı bir ailə tərəfindan övladlıq götürülən Theo, bir yandan yeni yaşayışına alışmağa çalışarkən, digər yandan özünü anasından geriyə qalan sirli kiçik bir rəsm əsəri sayəsində sənət dünyasının içərisində tapır. Filmdə Theo’yu, Xata-Bala (Baby Driver) performansı ilə çox haqqında çox danışılan Ensel Elqort (Ansel Elgort) canlandırır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər