21 New ‘Joker’ Images Take Us Deeper into Arthur Fleck’s World

18 September, 2019


Todd Phillips’in rejissoru olduğu, Joaquin Phoenix’in baş rolunu üstləndiyi Joker filmindən yeni kadrlar yayımlandı. 76-cı Venesiya Film Festivalıdan “Qızıl Şir”lə qayıdan Joker filmi, 4 oktybarda premyerası olacaq.

DC komikslərinin ikonik mənfi xarakterlərinin başında gələn Joker, bu il təkbaşına filmi ilə filmsevərlərin qarşısına çıxdı. Joker’a Joaquin Phoenix‘in həyat verdiyi film, dünya premyerasını ötən günlərdə 76-cı Venesiya Film Festivalında etdi və festivaldan “Qızıl Şir”lə qayıdaraq komiks adaptasiyaları adında tarixi bir uğura imza atdı.



Venesiyadan gələn rəylərə baxılarsa adi bir komiks adaptasiyalarından əlavə The King of Comedy və Taxi Driver kimi xarakter müzakirəsinə önəm verən proyektlərə yaxın Joker filmi üçün həyəcanlı gözləmə davam edərkən, filmdən yeni kadrlar yayımlandı.

Filmdə Joaquin Phoenix, cəmiyyət tərəfindən təcrid edilmiş bir komediya olan Arthur Fleck xarakterinə həyat verir. Film, Arthur Fleck’in cinayət dünyasına addım atmasını və zamanla Joker olaraq bilinən cinayət dahisinə dönməsinimövzu götürür. Joaquin Phoenix ilə bərabər filmin aktyor heyətində Robert De Niro, Zazie Beetz, Shea Whigham, Bill Camp və Marc Maron kimi önəmli adlar yer alır.

Картинки по запросу Не до смеха: Появились свежие кадры из «Джокера»

Venesiya və Toronto’dan aldığı rəylərə baxılarsa bugünəqədərki komiks adaptasiyalardan biri olan Joker filmi, bu il mükafat sezonunda adını eşitdirəcək kimi görünür. Joaquin Phoenix’in Ən Yaxşı Kişi “Oskar”ı üçün ən iddialı adlardan biri olacağı böyük ölçüdə dəqiqləşən, “Qızıl Şir”ə layiq görülmüş olması Joker’ın Ən Yaxşı Film “Oskar”ı üçün də adı keçən proyektlərdən biri olacağını göstərir. Həyəcanla gözlədiyimiz “Joker” filmi 4 oktybarda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Persons