Pirs Brosnan

Pirs Brosnan

Aktyor

BİOQRAFİYA

Pirs Brosnan 16 may 1953-cü ildə İrlandiyanın Droed şəhərində anadan olub. Pirs 16 yaşından fotostudiyada çalışmağa başlayıb. 1973-cü ildə London dramatik mərkəzinə qəbul olur və üç il aktyor sənətinin incəliklərini öyrənir. Dramatik mərkəzi bitirdikdən sonra ingilis teatr və televiziyalarında çalışmağa başlayır. 1981-ci ildə Brosnan “The Manions of America” serialında rol alır və məşhurlaşır. Brosnan ailəsi ilə birlikdə ABŞ-a köçür. NBC telekanalında yayımlanan “Remington Steele” serialında rolu onu daha da məşhurlaşdırır. Həmin vaxt Rocer Mur Ceyms Bond rolundan imtina etdiyinə görə yeni Bond Pirs Brosnan seçilir. 1986-cı ildə “Gözdən çıxan qığılcım” filminə dəvət alır, lakin NBC telekanalı ilə olan müqavilə təklifi qəbul etməyə mane olduğuna görə həmin rol Timoti Daltona qismət olur. 1990-cı ilin əvvəllərində “Kərəntiçi” və “Missis Dautfayr” filmlərində çəkilir. Brosnan 1995-ci ildə Ceyms Bond rolunu ilk dəfə satışdan 348.895.621 ABŞ dolları gəlir gətirən “Qızıl göz” filmində oynayır. Ardınca digər üç filmdə də çəkilir. 1996-cı ildən başlayaraq, “Dante zirvəsi” və Barbara Steryzəndlə “Güzgünün iki tərəfi”, Tim Börtonun “Mars hücuma keçir!”, “Tomas Kraunun kələyi” kimi filmlərdə çəkilir. 2002-ci ildə satışdan 431.971.116 ABŞ dolları gəlir gətirən “Başqa gün öl” filmində dördüncü dəfə Ceyms Bondu oynayır. Tənqidçilərin fikrincə, Şon Konneridən sonra əsl Bond məhz Brosnan kimi görünməlidir. 2009-cu ildə Pirs “Mamma Mia!” filmindəki roluna görə ikinci dərəcəli pis aktyor kateqoriyasında “Qızıl moruq” mükafatına layiq görülür. Karyerası boyunca iki dəfə "Qızıl Qlobus" mükafatına namizəd olub. 2016-cı ildə "Burberry" brendinin kişi kolleksiyasının siması olub. Aktyor həmçinin rəssamlıqla məşğul olur. Əsərlərini şəxsi saytında satışa çıxarır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Pirs_Brosnan

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç