Conni Li Miller

Conni Li Miller

Aktyor

BİOQRAFİYA

Conni Li Miller 15 noyabr 1972-ci ildə İngiltərənin Kinqston-apon-Tems şəhərində anadan olub. Conni tanınmış britaniyalı aktyor Bernar Linin nəvəsidir. Ancaq Conni onu demək olar ki, xatırlamır. Babası öləndə o balaca uşaq idi. Hələ ibtidai məktəbdə oxuyanda çoxsaylı tamaşalarda iştirak edib. 17 yaşında olanda kolleci ataraq, özünü tamamilə aktyor karyerasına həsr edib. Onun ilk məşhur rolu “Hakerlər” filmi olub. Çəkilişlərdə onunla birgə baş rolu ifa edən – gələcək həyat yoldaşı Ancelina Coli ilə tanış olub. İkinci ən uğurlu rolu isə İrvin Uelşin romanı əsasında lentə alınmış “İynə vuranlar” filmində oynadığı rol sayılır.. 2008-2009-cu illərdə “Elay Stoun” serialında baş rolu ifa edib. Filmdə beyin anevrizmi nəticəsində qabaqgörənlik qabiliyyəti formalaşmış vəkil obrazını canlandırıb. Həmin rola görə “Peyk” mükafatına namizəd olub. 2010-cu ildə “Dekster” serialının beşinci mövsümünə çəkilib. Orada baş antaqonist – vəkil maskası altında gizlənən seksual manyak Cordan Çeyz obrazını yaradıb. Ümumilikdə səkkiz epizodda görüntülənib. 2011-ci ildə rejissor Tim Börtonun “Tutqun kölgələr” filmində Rocer Kollins roluna dəvət olunub. 2012-ci ildən etibarən “Elementar şəkildə” adlı amerikan detektiv serialında Şerlok Holms obrazını canlandırıb. Serialda hadisələr müasir Nyu-York ərazisində cərəyan edir. Serialda tərəf müqabili aktrisa Lüsi Lyu olub. O Doktor Vatsonun qadın versiyası Coan Vatsonu oynayır. Əvvəl Conni serialın Britaniyanın çəkdiyi yüksək reytinqli “Şerlok” serialı ilə oxşar olacağından çəkinərək roldan imtina edib. Ancaq ssenari ilə yaxından tanış olduqdan sonra qərarını dəyişib. Daha çox “Hakerlər” və “İynə vuranlar” filmlərində canlandırdığı obrazlarla yadda qalıb. Həmçinin “Elementar şəkildə” serialında Şerlok Holms roluna görə tanınır. “Lorens Olivye” adına mükafatın laureatıdır. Şəxsi həyatına gəlincə 28 mart 1996-cı ildən 2000-ci ilə kimi aktrisa Ancelina Coli ilə evli olub. 2008-ci ildə aktrisa Mişel Hikslə ailə qurub. Onlar toya qədər 2 il görüşüblər. Cütlüyün həmin ilin dekabr ayında Baster Timoti Miller adlı oğlu dünyaya gəlib. Asudə vaxtlarında qaçış və kulinariya ilə məşğul olur. Eyni zamanda Cu-Citsu və Muay-tay döyüş növlərinin incəliklərinə bələddir. Həvəskar döyüşlərdə belə iştirak edib. Yuen Makqreqor və Cud Lou kimi aktyorlarla dostluq edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%BE%D0%BD%D0%BD%D0%B8_%D0%9B%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç