Ceyson Siqel

Ceyson Siqel

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Ceyson Cordan Siqel 18 yanvar 1980-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Amerikalı aktyor, ssenarist, yazıçı və musiqiçidir. Siqelin uşaqlığı doğma şəhərində keçib. Atası yəhudi olsa da, uşaqlığında tez-tez katolik kilsəsini ziyarət edib. Hündürboy olduğuna görə (1,93) yuxarı siniflərdə məktəbin basketbol yığmasının şərəfini qoruyub. Aktyor olmağı uşaqlıqdan arzu edib. Məktəbdə oxuduğu illərdə yerli teatr tamaşalarında iştirak edirdi. Kinoda daha çox prodüser Cadd Apatou ilə əməkdaşlıq edir. Onun prodüserlik etdiyi “I Love You, Man”, “Azca hamilə”, “Uçuşda” kimi komediya filmlərində müxtəlif rolları ifa edib. Sadalanan filmlərdən savayı CBS telekanalında yayımlanan “Sənin ananla necə tanış oldum” adlı populyar sitkomda oynadığı rolla yadda qalıb. “Uçuşda” filminin ssenarisini özü yazıb. Siqelin sözlərinə görə, filmdəki bir neçə epizod, o cümlədən sevgilisindən çılpaq şəkildə ayrılması öz şəxsi həyatından götürülüb. Növbəti uğurlu layihələrindən biri "The Walt Disney Company" şirkətinin sifarişi ilə çəkilən yeni “Mappetlər” filmi olub. Bundan başqa Kirsten Millerlə birgə “Qorxulu yuxular” trilogiyasına ssenari yazıb. Həmçinin virtual reallıq haqqında "Otherworld" (2017) romanının müəllifidir. Şəxsi həyatına gəlincə “Kəllələr və yelbeyinlər” serialının çəkilişlərində tanış olduğu aktrisa Linda Kardellini ilə bir neçə il görüşüb. Daha sonra aktrisa Mişel Uilyamsla vətəndaş nikahında olsa da, 2013-cü ildə yollarını ayırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Segel

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç