Rayan Conson

Rayan Conson

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Rayan Conson 17 dekabr 1973-cü ildə ABŞ-ın Merilend ştatında doğulub. Uşaqlığı San-Klement şəhərində (Kaliforniya) keçib. 1996-cı ildə Cənubi Karolina universiteti nəzdində fəaliyyət göstərən Kino Sənəti Ali Məktəbini bitirib. Debüt rejissor işi sayılan “Kərpic” filminə görə Conson 2005-ci ildə “Sandens” kinofestivalında münsiflər heyətinin xüsusi prizini qazanıb. 2012-ci ildə öz ssenarisi əsasında lentə aldığı “Zaman ilgəyi” (2012) elmi-fantastik trilleri ona böyük şöhrət gətirib. Filmdə baş rollara Brüs Uillis və Cozef Qordon-Levitt kimi aktyorlar çəkilib. Bundan başqa AMC telekanalının ən məşhur “Çətinliyə baş vurmuş" (Breaking Bad) kriminal serialının 3 epizodunu (“Fly”, “FiftyOne, “Ozymandias”) çəkib. Həmin epizodlar kino tənqidçilərinin rəğbətini qazanıb və serialın ən çox baxılan epizodlarından hesab olunur. “Fifty on” epizoduna görə Conson “möhtəşəm rejissor işi” kateqoriyasında “Amerika rejissorları Gildiyasının” mükafatı il təltif olunub. 2017-ci ildə “Ulduz müharibələri” elmi-fantastik saqasının “Sonuncu Ceday” adlı hissəsini lentə alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%A0%D0%B0%D0%B9%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç