Elizabet Perkins

Elizabet Perkins

Aktrisa

BİOQRAFİYA

Elizabet Enn Perkins 1960-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Karyerasını Qrinfild şəhər (Massaçusets ştatı) teatrında çıxış etməklə başlayıb. Elizabet Perkins ekranlarda debütünü 1986-cı ildə “Dünənki məsələyə görə” filmində edib. Ancaq onun aktrisa karyerasına təkan verən film, Tom Henskin baş rola çəkildiyi “Böyük” komediyası olub. Oynadığı rola görə kinotənqidçilərin və tamaşaçıların etimadını qazanıb. Həmçinin “Avalon” (1990), “Doktor” (1991) filmlərində oynadığı rollara görə tanınır. 1994-cü ildə “Flintstounlar” filmi onun aktrisa karyerasına öz damğasını vurub. Film prokatlardan nə az, nə çox 400 milyon dollar toplayıb. Ancaq növbəti çəkildiyi “Ay işığı və Valentino” melodramı gəlir baxımından fiaskoya uğrayıb. 2000-ci illərdə ikinci plan aktrisası kimi “28 gün”, “Pişiklər itlərə qarşı”, “Zəng 2”, “Qəddar insanlar”, “Amerikalı uşaqlar kimi filmlərə çəkilib. Çəkildiyi teleseriallardan ən uğurlusu Showtime telekanalında yayımlanan “Durman” serialı olub. Orada əyyaş qonşu rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D0%BA%D0%B8%D0%BD%D1%81,_%D0%AD%D0%BB%D0%B8%D0%B7%D0%B0%D0%B1%D0%B5%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç