Oktaviya Spenser
Aktrisa
Oktaviya Lenora Spenser 1970-ci il mayın 25-də çoxuşaqlı ailədə - yeddi övladdan altıncısı olaraq dünyaya gəlib. Aktrisa əslən Alabamanın Montqomeri şəhərindəndir. Əsasən komediya janrında çəkilən aktrisa Hollivudun ən gülməli aktyorları siyahısında 25-ci yerə sahib olub. ”Qulluqçu” filminə görə ikinci dərəcəli aktrisa kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. Uşaq vaxtlarından teatr və kinoya maraq göstərməyə başlayıb. Aktyorluq karyerasını arzu edən qızcığaz aktrisaların obrazlarını təqlid eləyirmiş. Bir sözlə, ailəsi, dostları, hətta müəllimləri qızda olan istedada heyran qalırmışlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Oktavia_Spenser