Alfred Molina
Aktyor, prodüser
Alfred Molina 24 may 1953-cü ildə Londonda (İngiltərə) doğulub. Atası ispaniyalı, anası isə italiyalı miqrant olub. Molina Hildhol musiqi və teatr məktəbini bitirdikdən sonra aktyor kimi “Bədbəxtlər” (1978) sitkomundakı rolu ilə debüt edib. Böyük kinoda ilk dəfə 1981-ci ildə “İndiana Cons saqasının ilk hissəsində ikinci dərəcəli rol almağa nail olur. Aktyorun 1985-ci ildə “Brejnevə məktub” filmindəki rolunu ilk ciddi rolu hesab etmək olar. 1990-ci illərin əvvəllərinə kimi Molina müxtəlif teleseriallara çəkilib. Daha sonra isə kinoya görə teatrla vidalaşıb. 90-cı illərin ortalarında karyerasını inkişaf etdirmək üçün ABŞ-a köçür. Sonra “Ölü” (1995), “Məxluq” (1995), “Anna Karenina” (1997), “Maqnoliya” (1999) və sair filmlərdə rol alır. 2000-ci ildə “Şokolad” tragikomediyasında filmin əsas antaqonistini canlandırıb. Ona dünya şöhrəti qazandıran rol isə meksikalı rəssam Frida Kalonun həyatından bəhs edən “Frida” (2002) filmində meksikalı rəssam Dieqo Rivera obrazı olub. Bu rola görə BAFTA mükafatına namizəd olub və "ABŞ Kinoaktyorları Gildiyası"nın mükafatını qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alfred_Molina