Coel MakHeyl
Aktyor
Coel MakHeyl 20 noyabr 1971-ci ildə Roma şəhərində (İtaliya) anadan olub. Magistr dərəcəsi üzrə təhsilini bitirdikdən sonra Los-Ancelesə köçüb və burada seriallara çəkilməyə başlayıb. Bu müddətdə o, “Hörümçək Adam 2” filmində kiçik bir rolda oynayıb. Bundan sonra “Doqtaun kralları”, “Bu Mininin siftəsidir”, “Gözyaşardan xəbərlər” filmlərində epizodik rollarda yer alıb. 2008-ci ildə “Ov mövsumu” cizgi filmində maral Elliotu səsləndirib. Bundan sonra aktyor Stiven Soderberqin “İnformator” və Robert Rodrigesin “Casusların uşaqları 4D” filmlərində əsas rollara çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: