Maykl Keyn

Maykl Keyn

Аktyor, prodüser

BİOQRAFİYA

Maykl Keyn (Moris Cozef Miklvayt) 14 mart 1933-cü ildə İngiltərədə doğulub. Atası balıq bazarında hambal idi, anası süpürgəçi və aşpaz idi. Ailəsinin ağır maddi vəziyyətinə görə məktəbi başa vura bilmədiyindən 16 yaşından işləməyə başlayıb. Yaxşı yaşamaq üçün o, hərbçi olmaq istəyirdi. 18 yaşında Koreya müharibəsinin mərkəzində olan gənc bu peşənin ona görə olmadığını anlayır. 22 yaşında dostu onu teatrın bufetində işə düzəldir. Diqqətcil Moris aktyorluğun çətin olmadığını anlayır. Bir neçə ay aktyorluq dərnəyinə gedən Maykl Şekspirin əsərlərindən ilhamlanır. Az sonra özünə Maykl Keyn ləqəbini götürür. Teatrın öndə gedən simalarından biri olan Patrisiya Heyns gənc oğlana səhnə mədəniyyəti və danışıq qabiliyyətini öyrədir. Daha sonra Heynslə Keyn ailə qurur və cütlüyün bir qız övladı dünyaya gəlir. Keyn aktiv şəkildə kino aləmində iş axtarırdı. Bəxti gətirən Maykl o dövrdə məşhur olan Şon Konneri ilə tanış olur və o da Mayklı rejissorlarla tanış edir. Tezliklə seriallarda rollara dəvət alır. Keynin kinoda debütü 1956-cı ildə “Koreyada dağ” filmində olub. Ardınca müxtəlif rollara dəvət almağa başlayır. Maykl Keyn artıq 33 yaşında dünya şöhrəti qazanmışdı. İngilis əsilli aktyoru hətta amerikalılar da sevirdilər. 1966-cı ildə “Elfi“ filmində eyniadlı qəhrəmanı oynadığına görə "Oskar" mükafatına namizədliyi irəli sürülür. Keyn əfsanəvi Lourens Olivye ilə “İzləyici” dramında birgə çəkilir və həmin rola görə “Oskar”a yenidən namizəd olur. Vudi Allenin “Hanna və bacıları” (1986) filmindəki rolu ona çoxdan gözlənilən "Oskar" mükafatını qazandırır. 1999-cu ildə “Şərabçılıq qaydaları” filmindəki rola görə ikinci "Oskar"a layiq görülür. 2002-ci ildə “Sakit amerikalı” filmindəki obraza görə yenidən "Oskar" mükafatına namizəd seçilir. 40 yaşı olanda Moris qəhvə reklamında gördüyü aktrisa Şakira Bekşlə ailə həyatı qurur. Şakira ona ikinci qız övladını bəxş edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Michael_Caine

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç