Erik Bana

Erik Bana

Aktyor

BİOQRAFİYA
Erik Bana 9 avqust 1968-сi ildə Melburnda (Avstraliya) doğulub. Karyerasına komediya filmləri və skeçlərdən başlayıb. Həm yüksək büdcəli studiya filmlərində, həm də aşağı büdcəli müstəqil filmlərdə oynayan avstraliyalı aktyor romantik komediya ilə yanaşı elmi-fantastik filmlərdə də rol alıb. 2001-ci ildə Bana Yuen Makqreqor və Coş Hartnettlə birgə Ridli Skottun “Qara şahin” adlı hərbi dramına çəkilib. Real hadisələr əsasında çəkilmiş film 1993-cü ildə Somalidə düşmən qüvvələrin mühasirəsinə düşmüş ABŞ hərbçilərindən bəhs edir. 2002-ci ildə “Üç iks “filmində baş rol təklifi gəlsə də, təklifi rədd edərək, “Külçə” adlı komediyada çəkilib. Təklif olunan rol isə Vin Dizelə nəsib olub və ona uğur qazandırıb. 2003-cü ildə aktyor “Halk” fantastik filmində baş rola dəvət alıb. Ancaq film nə prokatlarda, nə də tamaşaçılar arasında müsbət rəy formalaşdıra bilməyib. 2007-ci ildə ona filmin sikvelinə çəkilməyi təklif etsələr də, imtina edib və rol Edvard Nortona verilib. Sikvel birinci hissə ilə müqayisədə tənqidçilərin və tamaşaçıların etimadını qazanıb. 2004-cü ildə Bred Pitlə birgə “Troya” adlı yüksək büdcəli tarixi filmə çəkilir. Filmdə vətənini düşmən qüvvələrdən qoruyan və Axilla ilə döyüşdə həlak olan Troya şahzadəsi Hektoru oynayıb. Film böyük kassa uğuru əldə edib və dünya üzrə 497 milyon dollar gəlir götürüb. 2005-ci ildə real hadisələr əsasında çəkilmiş Stiven Spilberqin “Münhen” dramında rol alıb. Filmdə ərəb terrorçuları axtaran Mossad agentini oynayıb. Film beş “Oskar” nominasiyası qazanıb. Növbəti filmi atası ilə rəqabətə girən poker oyunçusunun həyatından bəhs edən “Bəxtəvər” romantik komediyası olub. 2009-cu ildə “Zaman səyyahının arvadı” filmində baş rolu ifa edib. Aktyor Hyu Cekmanın dostudur. 1997-ci ildə jurnalist Rebekka Qlissonla ailə qurub. Cültüyün iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Erik_Bana

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç