Coel Edgerton

Coel Edgerton

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Coel Edgerton 23 iyun 1974-cü ildə Bləktaunda (Yeni Cənubi Uels, Avstraliya) hüquqşünas Maykl və evdar qadın Merienn Edgertonların ailəsində anadan olub. 1991-ci ildə “The Hills Grammar School”u bitirib. Edgerton Sindeydə Qərb universitetindəki “Nepean” dram məktəbində oxuyub. 1996-cı ildə real hadisələr əsasında çəkilmiş “Race the Sun” komediyasında oynayıb. Filmdə tərəf-müqabilləri Holli Berri və Ceyms Beluşi olub. 1998-ci ildə Edgerton rejissor Con Körranın “Praise” dramında və qardaşı Neşin yeni işində - “Bloodlock” filmində rol alır. Növbəti il Alan Uaytın rejissor kimi debüt işi olan “Erskineville Kings” filmində çəkilir. Bu filmdə baş rolu o vaxtlar aktyor karyerasına yeni başlayan Hyu Cekman canlandırıb və bu rola görə "Ən yaxşı kişi aktyoru" nominasiyasında FCCA mükafatına layiq görülüb. Bir neçə il sonra o, “The Hard Word” kriminal trillerində çəkilib. Onun tərəf-müqabilləri Gey Pirs və Reyçel Qriffits olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joel_Edgerton

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç