Hiroyuki Sanada

Hiroyuki Sanada

Aktyor, bəstəkar

BİOQRAFİYA

Hiroyuki Sanada 12 oktyabr 1960-cı ildə Yaponiyanın paytaxtı Tokioda anadan olub. Uşaqlığında sənəd adı Hiroyuki Simosava olsa da, sonradan özünə Sanada təxəllüsünü götürüb. "Japan Action Club"da yapon kinosunun əfsanəsi Sonni Tibanın rəhbərliyi altında döyüş sənəti üzrə hazırlıq kursu keçib. Horikosi orta məktəbini bitirib. Aktyor olaraq öz sözünü rejissor Makoto Vadanın “Mahjong Hourouki” filmində deyib. Vada ilə Sanadanın münasibətlərini Con Hyüston-Hamfri Boqart tandemi ilə müqayisə etmək olar. Belə ki, Vadanın elə bir filmi yoxdur ki, Sanada onda rol almasın.1980-ci ildə Sanada Honq Konq kinematoqrafiyasına baş vurur. Konan Li ilə “Əjdaha yuvasına girmiş ninza”, daha sonra isə Mişel Yeo və Maykl Vonqun iştirakı ilə “Kral döyüşçüləri” filminə çəkilir. Karyerası ərzində Sanada özünü çoxşaxəli aktyor olaraq isbat edib. İstənilən janrda çəkilmiş filmdə keyfiyyətli oyun göstərə bilir. Aktyorun ən məşhur filmləri rejissor Yodzi Yamadanın samuray trilogiyasının birinci filmi olan “Qəmgin samuray”, Hideo Nakatanın “Zəng” adlı mistik trilleri və Tom Kruz və Ken Vatanabenin iştirakı ilə çəkilmiş “Sonuncu Samuray” filmidir. Sanada eyni zamanda Çen Kayqenin “And”, Ceyms Ayvorinin “Ağ qrafinya” filmlərində rol alıb. Aktyor paralel olaraq teatr tamaşalarında da iştirak edir. 2000-ci il Sanada "Royal Shakespeare Company" truppasına qonaq aktyor qismində dəvət olunub. “Kral Lir” pyesində təlxək obrazını canlandırıb. Həmin rola görə Sanada Britaniya İmperiyası ordeni ilə təltif olunub. Aktrisa Satomi Tedzukanın həyat yoldaşı olub. Onların 1991 və 1996-cı il təvəllüdlü övladları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Hiroyuki_Sanada

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç