Kerrol Bellard

Kerrol Bellard

Rejissor, prodüser, operator

BİOQRAFİYA

Kerrol Bellard 14 oktyabr 1937–ci ildə Los-Anclesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Bellard kino karyerasına "Beyond This Winter’s Wheat" (1965) və "Harvest" (1967) sənədli filmləri çəkməklə başlayıb. Sonuncu film “Oskar” mükafatına namizəd olub. Həmçinin "The Perils of Priscilla" (1969) və "Rodeo" (1970) sənədli filmlərin rejissoru olub. “Ulduz döyüşləri” filminin rejissoru Corc Lukasın assistenti olub. Səhra səhnələrinin əksəriyyətində işləyib. Onun ilk müstəqil rejissor kimi işi Uolter Farlinin eyniadlı romanın ekranlaşdırılmış adaptasiyası “Qara qaçağan” (1979) filmi olub. Bu filmi ona keçmiş sinif yoldaşı Frensis Koppola çəkməyi təklif edir. Ardınca Farli Mouetanın avtobioqrafik romanı əsasında “Canavarları çağırma” (1983) filmini çəkir. “Külək”, “Oskar” mükafatına namizəd olan “Evə uçun” filmini çəkir. Onun sonuncu “Duma” filmi cənubi afrikalı oğlanın şirlərin hücumu nəticəsində anasını itirən gepard balasının dostluğundan bəhs edir. Rejissorun əksər filmlərində insanların təbiətlə ahənginə həsr olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%8D%D0%BB%D0%BB%D0%B0%D1%80%D0%B4,_%D0%9A%D1%8D%D1%80%D1%80%D0%BE%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç