Uillem Defo

Uillem Defo

Aktyor

BİOQRAFİYA

Uillem Defo 22 iyul 1955-ci ildə Appletonda (Viskonsin ştatı, ABŞ) cərrah Uilyam Alfred Defo və tibb bacısı Müriel İzabelin ailəsində doğulub. Aktyorun ingilis, şotland, irland, alman, isveç və fransız kökləri var. Ailədəki səkkiz uşaq arasında yeddincidir. Ailədə Uillemdən başqa aktyor sənətini heç kim seçməyib; Defo övladlarının yarısı həkimliyi, yarısı da vəkilliyi seçib. Uillem iki dəfə "Oskar" (1987, 2001) və "Qızıl Qlobus"a (2001, 2018) namizəd olub. O, "Tağım" (1986), “Missisipi od tutub yanır" (1988), "İngilis pasiyenti" (1996), "Vampirin kölgəsi" (2000), "Qrand Budapeşt oteli" (2014) və "Hörümçək adam" filmlərində oynadığı əsas və ikinci dərəcəli rollarla şöhrət qazanıb. Uillemin 27 il birlikdə yaşadığı, lakin heç vaxt nikahda olmadığı teatr rejissoru Elizabet LeKomptdan Cek adlı (1982-ci il təvəllüdlü) oğlu var. 2004-cü ildən italyan aktrisa və rejissoru Cad Kolaqrando ilə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Willem_Dafoe

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç