Evan Reyçel Vud

Evan Reyçel Vud

Aktrisa, rejissor, ssenarist

BİOQRAFİYA

Evan Reyçel Vud - amerikalı aktrisa, model və musiqiçidir. 7 sentyabr 1987-ci ildə ABŞ, Şimali Karolina ştatında anadan olub. Vud karyerasına seriallarda epizodik rollardan başlayıb. Onun böyük ekranda ilk rolu “Kitaya qazılan yol” (1998) filmində olsada, "On üç" (2003) filmində problemli yeniyetmə Treysi Frilend rolu karyerasında dönüş yaratdı. Həmin rola görə “Qızıl qlobus” mükafatına namizəd olub. Vud aktyorluq karyerasına sərbəst filmlərə çəkilməklə davam edib. “Cismə girən İblis” (2005), “Vadidə baş verənlər” (2005), “İti hədd” (2006) filmlərində və çoxbüdcəli “Kainat üzərindən” (2007) müziklındə çəkilib. 2008-ci ildən etibarən “Restler” (2008), “Nə olur olsun” (2009) “Mart idləri” (2011) kütləvi filmlərdə çəkilib. “Əsl qan” (2009-11) serialında Sofi-Enn Leklerk rolunda və “Mildred Pirs” (2011) min serialında Veda Pirs rolunda çəkilməklə televiziyaya dönür. Sonuncu işi ona ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyasında “Qızıl qlobus” və “Emmi” mükafatına namizəd edir. 2016–cı ildən etibarən NBO-da yayımlanan “Vəhşi Qərb dünyası” serialında Dolores Abernat rolunda çıxış edib. "Qızıl qlobus” və “Emmi” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D1%83%D0%B4,_%D0%AD%D0%B2%D0%B0%D0%BD_%D0%A0%D1%8D%D0%B9%D1%87%D0%B5%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç