Simbanın zalım əmisi Şramı devirib Savanın taxtını yenidən qaytarmasının üstündən xeyli vaxt keçib. Onun və kraliça Nalanın qızları Kiara artıq böyüyüb. Kiaranın tərbiyəsi ilə artıq bizə tanış olan qəhrəmanlar - Timon və Pumba məşğul olurlar, lakin sözə baxmayan və şıltaq Kiarada hələ ki, gələcək şahzadədən əsər-əlamət yoxdur. Bir dəfə o mürəbbiyələrdən qaçır və meşənin qadağan olunmuş hissəsinə keçir. Burada o şir Kovu ilə tanış olur və bir necə müddətdən sonra onlar ən yaxın dostlara çevrilirlər. Yalnız şahzadə hələ bilmir ki, bu dostluq onu taxt-tacdan məhrum edə bilər. Kovu Şramın nəslinin davamçısıdır. Onun hakimiyyətə gəlmək istəyi olmasa da, anası gecə-gündüz oğlunu necə hakimiyyətə gətirə biləcəyini planlaşdırır. Kiara və Kovu nə qədər yaxın dostdurlarsa, onların qəbilələri bir-birinə o qədər düşməndir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar