Cansu Dərə

Cansu Dərə

Aktrisa

BİOQRAFİYA

Cansu Dere 14 oktyabr 1980-ci ildə Ankarada anadan olub. Uşaqlıqdan balet rəqqasəsi olmağı arzulayıb. İbtidai və orta təhsilini İzmir şəhərində aldıqdan sonra İstanbul Universitetinin arxeologiya bölməsinə daxil olub. 2000-ci ildə Kanal D "Miss Turkey" gözəllik müsabiqəsində 3 yer tutub. Bu onun peşəkar modelə çevrilməsində bir tramplin rolunu oynayıb. Model karyerası ərzində Paris və Milan defilelərinə çıxıb. Bir müddətdən sonra Türkiyənin ən çox qazanc əldə edən modellərindən birinə çevrilib. Müxtəlif televerilişlərdə iştirak edib. 2002-ci ildə televiziya və kino layihələrində iştirak etməyə başlayıb. 2003-cü ildə “Alatoranlıq” serialında epizodik rol alıb. 2004-cü ildə “Metro Palas” komediya  serialının aktyor heyətinə qatılıb. 2005-ci ildə “Bahar yanğını” serialında Ceylan rolunu oynayıb. 2006-cı ildə bəxt onun üzünə gülür, belə ki, rejissor Gül Oğuz “Sıla” adlı yeni serialının çəkilişlərinə hazırlaşır. Cansu bir neçə kastinqdən  sonra serialda baş rolu qazana bilir. Serial Türkiyədə kifayət qədər populyarlaşır və aktrisaya şöhrət gətirir. Həmin roldan sonra Cansu populyar türk aktrisaları arasında geniş yer tutur. Daha sonra Cansu “Sonuncu Osmanlı: Yandım Əli” tarixi filmində baş rolu ifa edir. Film müsbət tənqidçi rəyləri qazanır. Sonradan verdiyi müsahibələrin birində  Cansu 2006-cı ilin karyerasında təkan ili olduğunu etiraf edib. “Sıla” serialının çəkilişlərinin başa çatmasından  sonra Cansu kinoda ən parlaq rollarından birini oynayır. Halit Ərgənçlə “Əzablı sevgi” filminə çəkilir. Psixoloji dram 2009-cu ildə Türkiyə kinoteatrlarında ən çox baxılan filmə çevrilir. 2009-2010-cu illərdə “Ezel” serialına çəkilib. Serial həmin il ən çox mükafat qazanan seriallardan olub və bir çox Avropa ölkələrində nümayiş olunub. Cansu 6 il yarım məşhur komik və aktyor Cem Yılmazla görüşüb. 2011-ci ildə ayrılıblar. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D1%80%D0%B5,_%D0%94%D0%B6%D0%B0%D0%BD%D1%81%D1%83   

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç