Skarlett Conson

Skarlett Conson

Aktrisa

BİOQRAFİYA

Skarlett Alis Conson 7 aprel 1985-ci ildə İngiltərənin paytaxtı London şəhərində anadan olub. "Highgate Wood School Arts College" incəsənət kollecində oxuyub. Tələbə olduğu illərdə “Guys and Dolls” filminin yaradılmasında iştirak edən agentlərdən birinin diqqətini cəlb edir. “İstendlilər” sabun operasında oynadığı Viki Fauler rolu Consonun teledebütü hesab olunur. 2 il ərzində serialın 194 epizodunda görüntülənib. Şoudan çıxdıqdan sonra kinolara da çəkilməyə başlayıb. “Tarixin 100 ən görkəmli İstendli personajı” siyahısında 83 yerdə göstərilib. 2005-ci ildə “Romeo və Cülyetta” tamaşasında Cülyet rolunu oynayıb. Elə həmin il “Deysi Miller” tamaşasına çəkilmiş aktyor heyəti ilə Britaniya şəhərlərinə qastrol səfərlərinə yollanıb. Həmçinin Stafford şəhərinin "Gatehouse Theatre" fantomim teatrında Ağca qız rolunda səhnəyə çıxıb. 2011-ci ildə rejissor Kris Krounun “Həyəcan Düyməsi” trillerinə baş qadın roluna çəkilib. Karyerası ərzində ümumilikdə 18 televiziya və kino rolu olub. Daha çox BBC-də yayımlanan “İstendlilər” sabun operasında Viki Fauler, “Pramface” sitkomunda Laura Derbişayr rolu ilə tanınır. 2017-ci ildə aktyor Şon Maykl Veri ilə ailə qurub. Onların nikahdan əvvəl 2015-ci ildə oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Scarlett_Alice_Johnson

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç