Saymon Uells

Saymon Uells

Rejissor, ssenarist

BİOQRAFİYA

Saymon Uells 1961-ci ildə Kembric şəhərində (Böyük Britaniyada) anadan olub. Amerikalı animasiya və bədii film rejissorudur. Dahi ingilis yazıçısı Herbert Uellsin nəticəsidir. Ulu babasının yazdığı məşhur “Zaman Maşını” romanının motivləri əsasında eyni adlı filmi çəkib. Saymon audiovizual dizayn üzrə peşəkar təhsilini Lester Politexnik İnstitutunda alıb. Daha sonra rəssam olaraq Riçard Uilyamsın animasiya studiyasında çalışıb. İlk işi olaraq Robert Zemekesin “Dovşan Roceri kim aldadıb” (1988) filminin yaradılmasında iştirak edib, baş animatorlardan biri olub. Daha sonra Zemekislə “Gələcəyə qayıdış” filminin sikvellərinin çəkilişlərində iştirak edib. 1989-1995-ci illərdə Stiven Spilberqin London studiyasında rəssam işləyib, üç tam metrajlı “Amerikan nağılı 2” (1991), “Biz qayıtdıq! Dinozavrın hekayəsi” (1993) və “Balto” (1995) cizgi filmlərini ərsəyə gətirib. 1995-ci ildə Saymon Uells ABŞ-a köçüb və “DreamWorks SKG” animasiya bölməsi ilə əməkdaşlıq etməyə başlayıb. 1998-ci ildə Brenda Çampman və Stiven Hiknerlə birgə “Misir şahzadəsi” cizgi filmini yaradıb. Uells eyni zamanda “Kasper” filminin sikvelinin ssenarisini yazsa da, layihə yarımçıq dayandırılıb. 2002-ci ildə Saymon Uells ulu babasının əsərinin motivləri əsasında iri büdcəli “Zaman Maşını” elmi-fantastik filminə rejissorluq edib. 2011-ci ildə Disney studiyasında öz ssenarisi əsasında “Qırmızı planetin sirri” cizgi filmini çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Simon_Wells

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç