Qari Luçesi

Qari Luçesi

Prodüser

BİOQRAFİYA

Qari Luçesi 4 yanvar 1955-ci ildə San-Fransisko şəhərində (ABŞ) anadan olub. Amerikalı kinoprodüserdir. Eyni zamanda “Lakeshore Entertainment” şirkətinin prezidenti və “Amerika Prodüserləri Gildiyası”nın sədridir. Karyerasının əvvəlində Süzan Sarandon, Kevin Kostner, Mişel Pfayfer və Con Malkoviç kimi Hollivud ulduzlarının agenti olub. Kassalı kinoları istehsal edən “TriStar Pictures” və “Paramount Pictures” şirkətlərində rəhbər vəzifələr tutub. Sonradan öz “Gary Lucchesi Productions” adlı prodakşn şirkətini yaradıb. Həmin şirkət “Oskar” mükafatına namizəd olan “İbtidai qorxu” filminə prodüserlik edib. Daha çox “Bir milyonluq qız” (2004), “İbtidai qorxu” (1996), “Başqa dünya 2: Təkamül” (2006), “Adalin əsri” (2015) filmləri ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gary_Lucchesi

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç