Raisa Nedaşkovskaya

Raisa Nedaşkovskaya

Aktrisa

BİOQRAFİYA

Raisa Nedaşkovskaya 17 fevral 1943-cü ildə Ukraynanın Malin şəhərində doğulub. Məktəb illərində rəqslə maraqlanan Raisa xareoqrafiya dərnəyində çıxış edib. 17 yaşında ona məşhurluq gətirən Mavka obrazına (“Meşə nəğməsi”) seçilməsində də rəqs həlledici rol oynayıb. Filmin rejissoru Viktor İvçenko məhz dərnək konsertlərinin birində Raisanın plastikasına və incəliyinə heyran qalıb. “Meşə nəğməsi” filmindəki uğurundan sonra Nedaşkovskaya Kiyev Teatr İnstitutunun kino fakültəsinə daxil olub. 1965-ci ildə məzun olan gənc aktrisa Kiyev Gənclər Teatrına dəvət olunub, bu teatrın səhnəsində “Sirano de Berjerak”, “İki dovşan arxasında” və bir neçə monotamaşada rol alıb. İşıqlı siması və maraqlı cizgiləri ona istənilən millətdən olan qəhərmanları – tacik, ispan, yəhudi, türk və azərbaycanlıları yaratmaq imkanı verib. 1979-cu ildə Nedaşkovskaya Asiya və Afrika ölkələrinin kinofestivalında məhz “Xoşbəxtlik yaxındadır” filmində yaratdığı tacik qızı Rano obrazına görə qran-priyə layiq görülüb, Rusiyanın nüfuzlu kino mükafatı “Nika”nı isə “Komissar” filmindəki yəhudi qadın “Mariya Maqazannik obrazına görə qazanıb. 1962-ci ildə o zamanlar kifayət qədər populyar, yaraşıqlı, 35 yaşlı Nodar Şaşıqoğlu ilə tərəf-müqabili olduğu “Telefonçu qız” filmini həyatının ən gözəl və unudulmaz hədiyyəsi adlandıran aktrisa sənət həyatında qazandığı uğurları şəxsi həyatına gətirə bilməyib. İlk sevgisinin diqqətini cəlb etmək üçün kinoya gələn Raisanın ilk sevgi təcrübəsi uğursuz olub... Nedaşkovskaya iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Valeri ilə Mixail Rommanın kursunda tanış olub. Ailə həyatları isə Valerinin içki aludəçiliyi ucbatından dağılıb. İkinci ailə həyatı cəmi 7 il davam edən aktrisanın həyat yoldaşı psixi problemlərdən əziyyət çəkib. Hazırda aktrisa Vladimirskidəki mənzilində tək yaşayır. Nedaşkovskaya gənclərə aktyor sənətinin sirrlərini öyrədir, televiziyada diktorlar üçün kurs keçir. Özünü qətiyyən tənha hiss etməyən aktrisanın evi də qonaq sarıdan əziyyət çəkmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://azvision.az/news/3330/70-yasli-telefoncu-qiz-%E2%80%93--fotolar.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç