Şirli Uoker

Şirli Uoker

Bəstəkar

BİOQRAFİYA
Şirli Uoker 10 aprel 1945-ci ildə Kaliforniyada (ABŞ) doğulub və böyüyüb. Ata və anası həvəskar musiqiçi olub. Şirli orta məktəbdə oxuduğu illərdə çox böyük istedada sahib olduğu üçün San-Fransisko orkestrində pianoçu kimi fəaliyyət göstərirdi. Daha sonra San-Fransisko Universitetində təhsilini davam etdirir. Şirli film sənayesində də özünü sınayıb. 1967-ci ildən 1978-ci ilə qədər bir çox filmlərə musiqi yazıb. Pianoçu kimi "Oklend" və "Kabrilyo" orkestrlarındə çıxış edib. 1967-ci ildə Şirli Don Uokerlə evlənib. Onların Kolin və İen adlı iki oğulları var. 2006-ci ildə Don Uoker xərçəng xəstəliyindən vəfat edib. Şirli həyat yoldaşının xəstəliyi ərəfəsində çox sarsılır və elə həmin vaxt Santa-Barbara orkestri üçün “Oncogenic Quietude” ("Kanserogen səssizlik") adlı əsərini yazır. Şirli Uoker 61 yaşında insult nəticəsində vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Shirley_Walker

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç