Deni Qarsiya

Deni Qarsiya

Prodüser

BİOQRAFİYA

Deni Qarsiya 29 noyabr 1968-ci ildə ABŞ-ın Nyu-Cersi şəhərində anadan olub. Uşaqlığı doğma şəhərində keçib. Daha sonra Floridaya köçüb və Mayami Universiteti nəzdində fəaliyyət göstərən Biznes Ali Məktəbində beynəlxalq marketinq və maliyyə ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Kino prodüserliyi ilə yanaşı tanınmış investordur. Ona maraqlı gələn startap layihələrə sponsorluq edir. Daha çox “Malibu xilasediciləri” (Baywatch - 2017), “Cumanci 2” (Jumanji: Welcom to Jungle – 2017), “Rempeyc” (Rampage – 2018) filmlərinin prodüseri kimi tanınır.Karyerası ərzində 33 bədii/televiziya filminə və seriala prodüserlik edib. “Garcia Companies” şirkətlər qrupunun təsisçisi və sahibidir. Mətbuatda şoubiz və media imperatoru kimi qələmə verilir. Məşhur aktyor və idmançı Dueyn Consonun biznes tərəfdaşıdır və daha çox onun baş rollara çəkildiyi filmlərə prodüserlik edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1696098

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç