Svetlana Xaritonova

Svetlana Xaritonova

Aktrisa

BİOQRAFİYA

Svetlana Nikolayevna Xaritanova (əvvəlki soyadı Sorokina, 30 yanvar 1932, Moskva (Rusiya) - 8 yanvar 2012, Moskva) – sovet və rusiyalı teatr və kino aktrisasıdır. 1954-cü ildə Moskva Bədaye Teatrının Studiya-məktəbini bitirib. Məktəb-studiyada təhsil aldığı vaxt aktyor Leonid Xaritonova ərə gedib. Ancaq nikahın ömrü cəmi iki il çəkib və onlar yollarını ayırıblar. 1957-1969-cu illərdə Moskvanın Akademik Satira Teatrında səhnəyə çıxıb. 1966-cı ildə Rusiyanın Mərkəzi televiziyasında ali televiziya rejissorluğu kurslarını bitirib. Həmçinin, Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinin məzunudur. Bir gün çəkilişlərdən sonra sükan arxasında olan zaman yoldan keçən qadını vurub. Həmin qadın aldığı xəsarətlərdən keçinib. Qohumları bir araya gələrək məhkəmədə vəsatət qaldırıb və ona yüngül cəza verilməsini hakimdən xahiş ediblər. Nəticədə aktrisaya şərti cəza verilib. Onu Vladimir vilayətinə, üç il müddətinə dəmir-beton zavodunda işləməyə göndəriblər. Orada işdən sonra özfəaliyyətlə məşğul olub. Svetlana Xaritonova 8 yanvar 2012-ci ildə Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D0%B8%D1%82%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%BB%D0%B0%D0%BD%D0%B0_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç