Şehnaz Dilan

Şehnaz Dilan

Aktrisa

BİOQRAFİYA

Şehnaz Dilan - türkiyəli keçmiş qadın futbolçu, model, kino və televiziya aktrisası, müğənnidir. 27 avqust 1960-cı ildə Türkiyənin İzmir şəhərində Yuqoslaviyadan olan mühacir ailəsində anadan olub. 1979-cu ildən peşəkar səviyyədə futbolla məşğul olmağa başlayıb. Filizspor komandasının şərəfini qoruyub. Futbol karyerası 1983-cü ildə anası vəfat edənə qədər davam edib. Anasının ölümündən sonra İstanbula köçüb və xalasının yanında qalıb. Model kimi işə düzəlib. Podiumlara çıxıb, həmçinin Erkekçe, Peri və Bravo kimi erotik kişi jurnalları üçün poz verib. Aktrisa kimi debütünü “Qızlar sinfi” adlı kinofilmdə gerçəkləşdirib. Beləcə modelliyin daşını atıb və İlyas Salmanla daha beş filmə çəkilib. Yoldaşı onun filmlərə çəkilməsini istəmədiyindən aralarında ixtilaf düşüb və ondan boşanıb. 2000-ci ildə qızı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/%C5%9Eehnaz_Dilan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç