Trevor Morris

Trevor Morris

Bəstəkar

BİOQRAFİYA

Trevor Morris 25 may 1970-ci ildə Torontoda (Kanada) anadan olub. Müqəddəs Mariya İncəsənət Məktəbində təhsil alıb. Həmçinin burada violonçeldə çalmağı öyrənib. İlk bəstəsini 13 yaşındaykən yazıb. 20 yaşından başlayaraq musiqi sənayesində kino bəstəkarı, səs mühəndisi kimi çalışmağa başlayıb. Əvvəlcə televiziya şouları üçün musiqi yazıb, sonra kinofilmlərlə davam edib. 1999-cu ildə Morris Los-Ancelesə (ABŞ) köçür və burada “Gənc kral” filminin musiqisini bəstələyir. Bununla da, kino ailəmində ilk işini təqdim edən bəstəkar sonradan “Aclıq”, “İtirilmiş mələk” və başqa filmlər üçün musiqilər yazır. Daha çox “Tüdorlar” və “Borcia” serialları üçün yazdığı saundtreklərlə məşhurdur. Bu layihələrə görə iki dəfə "Emmi" mükafatına layiq görülüb. Trevor Morrisin digər işləri arasında ”Ayı”, “Qurdlar şəhəri”, “Tanrıların savaşı. Ölümsüzlük” filmləri də var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Trevor_Morris_(musician)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç