Brüs Sörtis

Brüs Sörtis

Operator

BİOQRAFİYA

Brüs Sörtis (23 iyul 1937, Los-Anceles, Kaliforniya, ABŞ – 23 fevral 2012, Karmel-bay-ze-Si, Kaliforniya, ABŞ) – amerikalı kinooperatordur. 1937-ci ildə Maydell Sörtis və kinooperator Robert L.Sörtisin ailəsində anadan olub. Pasadinanın “Art Center College of Design” incəsənət kollecində oxuyub. 1965-ci ildən bəri kinematoqrafiya sahəsində çalışıb. Əvvəl operator atasının köməkçisi kimi “Haleluya cığırı”, “Kuqanın kələyi” və digər filmlərin çəkilişlərində iştirak edib. Baş operator kimi 1971-ci ildə Klint İstvudun baş rola çəkildiyi “Aldadılmış” filmində debüt edib. Ardınca İstvudun çəkiliş heyətində yer aldığı onlarla filmi xüsusilə vesternləri çəkib. 1975-ci ildə “Lenni” filmindəki operator işinə görə “Oskar” mükafatına namizəd olub. 23 fevral 2012-ci ildə 75 yaşında diabetlə bağlı fəsadlaşmadan dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%91%D1%80%D1%82%D0%B8%D1%81,_%D0%91%D1%80%D1%8E%D1%81

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç