Qast Valtzinq

Qast Valtzinq

Bəstəkar, musiqiçi

BİOQRAFİYA

Qaston (“Qast”) Valtzinq – lüksemburqlu truba ifaçısı və bəstəkardır. Bir sıra caz qruplarının o cümlədən Larqo və Lüksemburq Milli Cazz Orkestrinin yaradıcısıdır. Bundan başqa kino və televiziya üçün soundtreklər yazır. Opera tamaşalarına musiqi bəstələyir. Öz bəstələrində klassik musiqini cazz və rokla sintez etməyi sevir. Bəstəkar 13 avqust 1956-cı ildə Lüksemburq şəhərində anadan olub. 7 yaşında Lüksemburq konservatoriyasında musiqi üzrə təhsil almağa başlayıb. Klassik musiqi ifası üzrə ali təhsilini Brüssel Kral Konservatoriyasında alıb, daha sonra təhsilini Paris Konservatoriyasında artırıb. 1982-ci ildə Lüksemburq Konservatoriyasının tarixində truba üzrə ilk professor adını alıb. 2004-cü ildə parlaq gələcəyi olan gənc və istedadlı musiqiçiləri tanıtmaq məqsədilə WPR Records studiyasını yaradıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gast_Waltzing

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç