Georgiy Firtiç

Georgiy Firtiç

Bəstəkar

BİOQRAFİYA

Georgiy İvanoviç Firtiç 20 oktyabr 1938-ci ildə Pskovda anadan olub. Sovet və rusiyalı bəstəkar, cazz pianoçusu, Rusiya Dövlət Pedaqoji Universitetinin professorudur. 1992-ci ildə Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi adını alıb. N.A. Rimski-Korsakov adına Musiqi Peşə məktəbini bitirib. Daha sonra Leninqrad Konservatoriyasının məzunu olub. (1962, Yuriy Balkaşin və Boris Arapovun sinfi). Ali təhsil aldığı illərdə pianoçu kimi fəaliyyət göstərib. Məktəb illərində kassik parçalar və öz bəstələrini, peşə məktəbində oxuduğu vaxt isə cazz musiqisi ifa edib. Yuxarı kurslarda oxuyanda kinofilmlər üçün musiqi yazmağa başlayıb. Bu sahədə düz 40 il “tər töküb”. 1962-ci ildə Bəstəkarlar İttifaqına üzv olub. 1994-cü ildə Müasir Musiqi Assosasiyasının (Bəstəkarlar İttifaqı nəzdində) rəhbəri təyin edilib. 27 yanvar 2016-cı ildə Sankt-Peterburqda vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D1%80%D1%82%D0%B8%D1%87,_%D0%93%D0%B5%D0%BE%D1%80%D0%B3%D0%B8%D0%B9_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç