Tolqahan Sayışman

Tolqahan Sayışman

Aktyor

BİOQRAFİYA

Tolgahan Sayışman 17 dekabr 1981-ci ildə İstanbulda anadan olub. Uşaq vaxtı ancaq təhsil barədə düşünən Tolqahan orta məktəbi bitirdikdən sonra ailəni dolandırmaq üçün günəmuzd işlərdə çalışırdı. Onu heç kim işləməyə məcbur eləmirdi, sadəcə ailə vəziyyətini görüb can atırdı. Özünün etiraf elədiyi kimi” əgər işləməsəm stresə düşərəm”, İş onun həyat cövhərinə çevrilmişdi. Sonra, İtsanbulda Doğuş Universitetinə biznes-fakultəsinə daxil olur. Universitetdə təhsil alarkən özünü model kimi sınamaq qərarına gəlir. 19 yaşında Türkiyə gözəllik müsabiqəsində işitirak edir və “Gələcəyin modeli” nominasiyasına namizəd olur. Bir il sonra müsabiqənin qalibi elan olunur. Model karyerasını Parisdə davam etdirir. Paris podiumunda Türkiyəni təmsil edən ilk kişi modeli olur. Dörd il sonra onu qarşıda böyük triumf gözləyirdi. Beynəlxalq model müsabiqəsində birinci yerə sahib olan Tolqahan Türkiyədə daha da məşhurlaşır və onu kino və seriallara dəvət edirlər. Tolqahanın fasiləsiz çəkilişləri başlayır. Tolqahan Ekoldaram və  Ayla Alqandan aktyor dərsləri almağa başlayır. İlk böyük rolu “Əsir ürəklər” serialında olur. Top Model müsabiqəsində aparıcılığı ilə performan nümayiş etdirən aktyor daha sonra “Maçolar”, “Diclə”, “Hamsı 1”, “Yeni cadigər” seriallarında çəkilir. 2008 ci il, oktyabrın 24-ündə Fəhriyə Evcənlə baş rolda oynadığı “Eşq tutulması” filminin premyerası olur. Baxış rekordu qıran “Əlvida Rumeli” serialında Mustafa personajını canlandırıb. ”Eşq gəlirəm deməz” filmində Bergüzar Korellə baş rolda çəkiliblər. 2010-2014-cü illərdə Türkiyənin FOX televiziyasında yayımlanan “Lalə dövrü” serialında Çinar adlı əsas qəhrəmanlardan birini canlandırıb. Serialda rol alan aktrisa Selena Soydərlə aralarında məhəbbət münasibətləri yaşamışdılar. Tolqahan həmçinin Türkiyənin Show televiziyasında yayımlanan “Asla vazgeçmem” serialında Yığıt Kozan personajını oynayıb. Aktyorun tərəf-müqabili Aminə Gülşə olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Tolgahan_Say%C4%B1%C5%9Fman

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç