Riçard Nikson
Aktyor
Riçard Milhaus Nikson 9 yanvar 1913-cü ildə Yorba-Lindada (Kaliforniya ştatı, ABŞ) anadan olub. Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974) və 36-cı vitse-prezidenti (1953-1961). 1953-1961-ci illərdə prezident Duayt Eyzenhauerin kabinetində vitse-prezident vəzifəsini tutan Nikson, 1960-cı il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. 1962-ci ildə Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizədliyini versə də, burada da məğlub olmuş və bundan sonra siyasətdən getdiyini açıqlamışdır. Lakin 1968-ci ildə Respublikaçılar partiyası onu prezidentliyə namizəd kimi irəli sürmüş və Nikson bu seçkidə qalib gələrək ABŞ-ın 37-ci prezidenti olmuşdur. 1972-ci il seçkilərində də qələbə qazanan Nikson, həm vitse-prezident, həm də prezident vəzifəsini iki dəfə tutmuş yeganə şəxsdir. Onun hakimiyyət dövrü Çinlə əlaqələrin yaxşılaşdırılması, SSRİ ilə Strateji silahların məhdudlaşdırılması barədə müqavilənin imzalanması, Ay proqramının uğurla başa çatması və Vyetnam müharibəsinə son qoyulması ilə xarakterizə olunur. Riçard Nikson istefa vermiş yeganə ABŞ prezidentidir. O, bu addımı Uotergeyt qalmaqalı ilə bağlı ona qarşı impiçment prosedurunun başlanması ilə əlaqədar atıb. 22 aprel 1994-cü ildə Nyu-Yorkda (Nyu-York ştatı, ABŞ) vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ri%C3%A7ard_Nikson