Netflix’s Unforgiven Adds Viola Davis and More!

19 December, 2019

Sandra Bullock’un baş rolunda yer alacağı, 2009-cu il istehsalı ingilis serialı Unforgiven’dan filmə adaptasiya olunacaq eyniadlı filmin aktyor heyətinə Viola Davis, Rob Morgan və Aisling Franciosi daxil oldu. Netflix’te yayımlanacaq filmi System Crasher’a imza atan Nora Fingscheidt rejissoru olacaq.

Xatırlayacığımız kimi Happy Valley, Gentleman Jack serialının yaradıcısı Sally Wainwright’ın ssenarisini yazdığı, 2009-cu ildə İngiltərədə yayımlanan mini-serial Unforgiven‘ın Netflix tərəfindən filmə adaptasiya olunacağını, hətta ən son Bird Box filmində qarşımıza çıxan Sandra Bullock‘un Unforgiven adaptasiyasının baş rolunda yer alacağını sizlerle paylaşmışdıq.

Netflix's Unforgiven Adds Viola Davis and More!

Təxminən altı ildir serialı filmə adaptasiya etmək böyük əmək verən The Aviator, The Departed, Hugo kimi filmlərin “Oskar” mükafatlı prodüseri Graham King, filmin prodüserliyini üstlənərkən; filmin ssenarisini də daha əvvəl filmin rejissoru olması düşünülən, ancaq daha sonra proyektə ssenarist olaraq töhfə verən Christopher McQuarrie qələmə alır. Sandra Bullock’lu Unforgiven adaptasiyasını Nora Fingscheidt rejissoru olacaq.

Sandra Bullock’un baş rolunda yer alacağı filmin aktyor heyətində yer alacaq adlar məlum oldu. Deadline’ın xəbərinə göre Fences filmindəki performansıyla “Oskar” qazanan, eyni zamanda How to Get Away with Murder’la televiziya dünyasında böyük rolu olan Viola Davis, Mudbound, Stranger Things, Just Mercy kimi proyektlərəd rol alan Rob Morgan və Game of Thrones serialında yanna Stark’a həyat verən, Jennifer Kent’in yeni filmi The Nightingale ilə böyük uğur əldə edən Aisling Franciosi, Sandra Bullock’lu Unforgiven adaptasiyasının aktyor heyətinə daxil oldu.



Filmi 92-ci Akademiya mükafatlarında Ən Yaxşı Beynəlxalq Film “Oskar”ı üçün Almanyayı təmsil etməsinə rəğmən 10 filmlik qısa siyahıya girə bilməyən, 38-ci İstanbul Film Festivalının ən diqqət çəkən filmlərindən System Crasher‘a imza atan Nora Fingscheidt rejissoru olacaq. Unforgiven, şiddet cinayətindən 15 il həbsxanada yatdıqdan sonra həbsdən çıxan və tərk etmək məcburiyyətində qaldığı bacısı ilə yenidən bir araya gəlmək istəyən Ruth Slater’ın həyatını mövzu götürür.
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Persons